Reklam Alanı

1990-cı illərdən etibarən Türkiyə Respublikasına mühacirət etmiş və hazırda orada qeyri-qanuni yaşayan Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə!

1990-cı illərdən etibarən Türkiyə Respublikasına mühacirət etmiş və hazırda orada qeyri-qanuni yaşayan Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə!
📅 Temmuz 9, 2024 📂 Bugün 🔊

1990-cı illərdən etibarən Türkiyə Respublikasına mühacirət etmiş və hazırda orada qeyri-qanuni yaşayan Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə!

2024

https://x.com/DiasporaAz/status/1809181798758257090

13-21 iyul tarixində Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunun binasında Türkiyə Respublikasının İstanbul şəhərində qeyri-qanuni yaşayan vətəndaşların qəbulu keçiriləcəkdir.

Qəbul zamanı pasport, vətəndaşlıq vəziyyəti aktlarının qeydi ilə bağlı şəhadətnamələrin (doğum haqqında şəhadətnamə, nikah haqqında şəhadətnamə və s.10089" class="etiket-link">) verilməsi və digər konsulluq əməliyyatlarının həyata keçirilməsi nəzərdə tutulur.

Pasportların rəsmiləşdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

1. Vaxtı bitmiş şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun əsli və surəti (olduğu təqdirdə);

2. Doğum haqqında şəhadətnamənin surəti (olduğu təqdirdə);

3. Doğum haqqında şəhadətnamə (18 yaşına çatmayan uşaqlar üçün);

4. 18 yaşına çatmamış uşaqların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı, həmçinin müraciət edən valideynlərin və ya qanuni nümayəndələrin şəxsiyyət vəsiqələri;

5. 18-35 yaşlı kişilər üçün hərbi bilet və ya hərbi komissarlıq tərəfindən möhlət hüququ verilməsi qeydi ilə bağlı çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqə;

https://x.com/DiasporaAz/status/1809181798758257090

Vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

1. Doğum haqqında şəhadətnamənin surəti;

2. Valideynlərin pasport, şəxsiyyət vəsiqəsi və digər şəxsiyyəti təsdiq edən sənədlərinin surəti.

QEYD: Sənədləri olmayan şəxslərlə bağlı valideynlik hüquqlarının müəyyənləşdirilməsi məqsədilə yerində DNT analizlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Nikahın bağlanmasının qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

1. Etibarlı ümumvətəndaş pasportunun/şəxsiyyət vəsiqələrin surəti;

2. Subaylıq haqqında arayış;

3. Nikahın bağlanması haqqında tərəflərin ərizəsi;

4. Doğum haqqında şəhadətnamənin surəti;

5. Türkiyə ərazisində müvəqqəti və ya daimi yaşadığını təsdiq edən sənəd (oturum) (olduğu təqdirdə);

6. Tibbi müayinədən keçdiyini təsdiq edən şəkilli arayış (apostil olunmuş);

7. Dövlət rüsumunun ödənilməsi barədə sənəd.

https://x.com/DiasporaAz/status/1809181798758257090

Doğum qeydə alınması üçün tələb olunan sənədlər:

1. Doğum faktını təsdiq edən xəstəxanadan arayış (apostil olunmuş);

2. Valideynlərin ərizəsi;

3. Doğumdan bir ay keçibsə sağlamliq haqqinda arayiş (əsli);

4. Valideynlərin etibarlı şəxsiyyət vəsiqəsi/pasportlarının surətləri;

5. Valideyinlərin doğum şəhadətnaməsi- surətləri;

6. Valideyinlərin nikah haqqında şəhadətnaməsi – surəti (olduğu təqdirdə).

QEYD: Türkiyə Respublikasında doğumu qeydə alınmış (müvafiq qaydada tərtib olunmuş Doğum Kayıt Örneği – Formül A-ya malik) şəxslərə şamil olunmur.

Fərdi İdentifikasiya Nömrələrinin (FİN) alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

1. Ərizə (yetkinlik yaşına çatmayanlar üçün valideynləri tərəfindən yazılır);

2. Pasportlarının surəti;

3. Doğum haqqında şəhadətnamənin surəti (Formul A-Doğum Kayıt Örneği).

Qəbul vaxtları:

Şənbə və bazar günləri: 10.00-18.00

İş günləri: 16.00-19.00

Konsulluq məsələləri və qəbulla bağlı əlaqə nömrələri:

+90 543 303 89 94 (WhatsApp)

+90 542 170 99 43 (Tel.)

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/1990-ci-illerden-etibaren-turkiye-respublikasina-muhaciret-etmis-ve-hazirda-orada-qeyri-qanuni-yasayan-azerbaycan-respublikasi-vetendaslarinin-nezerine-4928

https://x.com/DiasporaAz/status/1809181798758257090

12px; margin: 30px 0; padding: 15px 0; border-top: 1px solid #eee; border-bottom: 1px solid #eee; flex-wrap: wrap;">