Marneulidə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib
2024
Marneulidə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib
Gürcüstanın Marneuli şəhərindəki “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin” (GAİM10089" class="etiket-link">) təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümnə həsr olunmuş şahmat turniri keçirilib. Yarışda 6-9 və 10-15 yaş qruplarında 48 şahmat həvəskarı iştirak edib. İlk olaraq,tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Əvvəlcə GAİM-in icraçı direktoru Murad Muradov Xocalı faciəsi barədə ətraflı məlumat verib. Bildirib ki, bu qanlı faciədən 32 il keçməsinə baxmayaraq, xalqımız soyqırımı qurbanlarının xatirəsini heç zaman unutmayıb və unutmayacaq. O da diqqətə çatdırılıb ki, faciə qurbanlarının xatirəsi təkcə Azərbaycanda deyil, azərbaycanlıların yaşadıqları bütün ölkələrdə anılır.
Marneulidə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib
📌 https://t.co/dmOZ0fHnec#JusticeforKhojaly #Khojaly #KhojalyGenocide #XocalıyaƏdalət pic.twitter.com/CK6QEkpfbq— Azerbaijani Diaspora (@DiasporaAz) 125868297?ref_src=twsrc%5Etfw">February 28, 2024
Anım tədbirindən sonra turnirə start verilib. Yarışda birincilik uğrunda Marneuli bələdiyyəsində fəaliyyət göstərən “GAİM”, “Tea House” (“Çay Evi”) və Kürtlər kəndindəki tədris mərkəzinin şagirdləri mübarizə aparıblar. Yarışda 6-10 yaş qrupunda “Tea House”-un yetirmələri Amar Nəsibov birinci, Rafael Bayramov ikinci, Mate Kiparoidze üçüncü yerləri qazanıblar. Digər qrupda (10-15 yaş qrupu) mübarizə aparan gənc şahmatçılardan Əli Əliyev (Çay Evi) birinci, Hesynəli Allahverdiyev ikinci, Renat Əsgərov (GAİM) isə üçüncü yeri tutub.
Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin” (GAİM) təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində mərkəzin müəllim və məktəb şagirdləri, həmçinin dəvət olunmuş gürcü ictimaiyyətinin nümayəndələri “İşgəncələr məbədi – Şuşa həbsxanası”adlı sənədli filmini izləyib. Sonda qaliblərə diplomlar və qiymətli hədiyyələr təqdim olunub.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/marneulide-xocali-soyqirimi-qurbanlarinin-xatiresine-hesr-olunmus-sahmat-turniri-kecirilib-4306
Ghana Gazetesi