Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin Forumu müxtəlif mövzulu təqdimatlarla və çıxışlarla davam edib

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin Forumu müxtəlif mövzulu təqdimatlarla və çıxışlarla davam edib
REKLAM ALANI
26.06.2024
A+
A-

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin Forumu müxtəlif mövzulu təqdimatlarla və çıxışlarla davam edib

, 2024

 

https://x.com/DiasporaAz/status/1805238239071981627

 

 

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin Forumu müxtəlif mövzulu təqdimatlarla və çıxışlarla davam edib

 

https://x.com/DiasporaAz/status/1805238239071981627

 

 

Berlində keçirilən “Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin Forumu” müxtəlif mövzulu təqdimatlarla və çıxışlarla davam edib.

Forumda dövlət qurumlarının nümayəndələri, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşı Əli Xəlilov təqdimatlarla çıxış ediblər.

Alman Azərbaycan Mədəniyyət Evinin həmtəsisçisi, Köln Azərbaycan Evinin həmsədri Altay Rüstəmov Almaniya modeli enerji qənaətli evlərdən danışıb.

Tədqiqat və İnkişaf sahəsi üzrə Baş ekspert, İrəvan xanının Almaniyada yaşayan varisi Əmir Əli Sərdari İrəvani “Odlar Yurdu və Texnologiya” mövzusunda təqdimat edib.

“Verallia Deutschland AG” şirkətinin Almaniya və Şərqi Avropa Texniki Mərkəzində Proseslərin Optimallaşdırılması şöbəsinin rəhbəri Rafiq Hüseynov süni intellektin şüşə qablar istehsalında tətbiqinin ətraf mühitə potensial təsir imkanları haqqında məlumat verib.

 

 

https://x.com/DiasporaAz/status/1805238239071981627

 

 

Swiss Alternative Financing AG-nin təsisçisi və baş direktoru; Azərbaycan şöbəsinin rəhbəri, İsveçrə-Şərqi Avropa, Mərkəzi Asiya, Cənubi Qafqaz Birgə Ticarət Palatalarının İdarə Heyətinin üzvü, İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru Leyla Bağırzadə iqlim maliyyəsi və davamlı investisiyalar üçün blokçeyn və süni intellekt texnologiyalarından danışıb.

“Alterric Deutschland GmbH” şirkətində istismar dövründə olan külək stansiyalarının texniki meneceri Nurlan Rəhimli Azərbaycan külək turbinlərinin səmərəli və effektiv istismarından bəhs edib.

Fraunhofer IKTS (Institut für keramische Technologien und Systeme), Kognitive Materialdiagnostik qrupunun süni intellekt ilə materialların diaqnostikası üzrə elmi işçisi İlkin Alxaslı dağıdıcı olmayan testlərdə süni zəka mövzusuna toxunub.

Təqdimatlar mövzuların müzakirələri ilə davam edib.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ilk dəfədir Avropada yaşayan azərbaycanlı mühəndislərin Forumu keçirilir. Komitə son illər xarici ölkələrdə yaşayan mütəxəssislərin iştirakı ilə müxtəlif mövzularda ixtisaslaşmış forumlar təşkil edir. Bu günədək xaricdə yaşayan azərbaycanlı alimlərin və həkimlərin bir neçə forumu baş tutub. Həmin forumlar Azərbaycan diasporu arasında böyük rəğbətlə qarşılanıb.

FOTO QALEREYA

 

 

 

 

 

https://x.com/DiasporaAz/status/1805238239071981627

 

 

 

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/avropada-yasayan-azerbaycanli-muhendislerin-forumu-muxtelif-movzulu-teqdimatlarla-ve-cixislarla-davam-edib-4883

 

 

https://x.com/DiasporaAz/status/1805238239071981627

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.