Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Qahirədə Azərbaycan dilini öyrənən əcnəbilərin sırasına yeni müdavimlər qoşulub

REKLAM ALANI
18.01.2024
A+
A-

 

 

 

Qahirədə Azərbaycan dilini öyrənən əcnəbilərin sırasına yeni müdavimlər qoşulub

, 2024

 

 

 

Qahirədə Azərbaycan dilini öyrənən əcnəbilərin sırasına yeni müdavimlər qoşulub

 

 

 

Qahirə şəhərində fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdindəki Azərbaycan dili kurslarının yeni müdavimləri ilə görüş keçirilib.

 

 

 

Yeni müdavimləri salamlayan Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Ərəb ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Misirdəki koordinatoru, tədqiqatçı-alim Seymur Nəsirov dost ölkədə Azərbaycan dilini öyrənmək istəyən əcnəbi tələbələrin sayının artmasını yüksək dəyərləndirib. Bu dəfə Azərbaycan dili kurslarına 114 nəfərin müraciət etdiyi, onların arasında misirlilərlə yanaşı, İndoneziya, Suriya və Yəmən vətəndaşlarının da olduğu, yeni 29 müdavim üçün açılan əlavə qrupda ilk dərsin tədris edildiyi diqqətə çatdırılıb. Görüş iştirakçılarına Azərbaycanın tarixi, ədəbiyyatı, mədəni irsi və müasir inkişafı barədə geniş məlumat verilib.

 

 

 

Sonra əl-Əzhər Universitetində və cəmiyyətin nəzdindəki kurslarda Azərbaycan dilini tədris edən İnarə Osmanova tədbir iştirakçılarına Azərbaycan dilinin əhəmiyyətindən və ərəb dili ilə oxşar cəhətlərindən danışıb.

 

 

 

 

Qeyd edək ki, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdindəki kurslarda Azərbaycan dili ilə yanaşı, həm də müxtəlif fənlər üzrə 56 ölkədən 663 tələbə ödənişsiz təhsil alır.

 

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/qahirede-azerbaycan-dilini-oyrenen-ecnebilerin-sirasina-yeni-mudavimler-qosulub-4077

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.