Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Soçi və Murmanskda Heydər Əliyevin 100 illiyi münasibətilə tədbirlər təşkil edilib

Soçi və Murmanskda Heydər Əliyevin 100 illiyi münasibətilə tədbirlər təşkil edilib
REKLAM ALANI
17.05.2023
A+
A-

 

 

Soçi və Murmanskda Heydər Əliyevin 100 illiyi münasibətilə tədbirlər təşkil edilib

2023
Soçi və Murmanskda Heydər Əliyevin 100 illiyi münasibətilə tədbirlər təşkil edilib
Rusiyanın Soçi və Murmansk şəhərlərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər keçirilib.

“Azərbaycan Həmvətənlərə “Dostluq” Dəstək Mərkəzi” Soçi şəhər ictimai təşkilatı tərəfindən Gənclər Mərkəzində təşkil olunan tədbirdə diaspor fəalları iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan “Dostluq” ictimai təşkilatının sədri İlqar Səlimov xalqımızın dahi şəxsiyyətinin müasir Azərbaycan dövlətinin möhkəmləndirilməsi və dinamik inkişafı naminə göstərdiyi əvəzsiz və misilsiz xidmətlətə diqqəti cəlb edib.

Sonra Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib.

Tədbir azərbaycanlı məktəblilərin ifasında Heydər Əliyevə və Azərbaycana həsr olunmuş şeirlərin səsləndirilməsi ilə yekunlaşıb.

Murmansk vilayətinin “Azərbaycan Mədəbiyyət Mərkəzi” ictimai təşkilatı tərəfindən Murmansk şəhərində təşkil edilmiş tədbirdə Azərbaycan diasporunun və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

 

 

Tədbirdə çıxış edən “Azərbaycan Mədəniyyət Mərkəzi”nin sədri Afil Hüseynov və başqaları bu günlərdə xalqımızın ümumilli liderinin əziz xatirəsinin Rusiyada da böyük ehtiramla yad edildiyinə diqqəti cəlb ediblər. Heydər Əliyevin müasir Azərbaycan dövlətinin güclənməsi və dinamik inkişafının əsasının qoyulmasında, beynəlxalq aləmdə nüfuzunun artırılmasında, iki ölkə arasında ikitərəfli münasibətlərinin möhkəmləndirilməsində göstərdiyi əvəzsiz və misilsiz xidmətlər nəzərə çatdırılıb. Onun xaricdə yaşayan soydaşlarımıza xüsusi həssaslıqla yanaşdığı vurğulanıb.

Tədbir bədii proqramla davam edib.

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/soci-ve-murmanskda-heyder-eliyevin-100-illiyi-munasibetile-tedbirler-teskil-edilib-2961

 

 

REKLAM ALANI